Bakıda bu məktəblərə şəhidlərin adları verildi

Bakıda bu məktəblərə şəhidlərin adları verildi
2021-ci təqvim ilində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun adı verilib.

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 172-si Milli Qəhrəman və şəhidlərimizin adını daşıyır.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...