İşğaldan azad edilmiş ərazilərdə universitetlər açılır? – Nazir anonsunu verdi

13:11 / 25.12.2021
895
Ötən gün
təhsil naziri Emin Əmrullayev ali təhsilin əhatəliliyinin artırılması üçün
işğaldan azad olunan ərazilərdə universitetlərin açılmasının uğurlu addım
olacağını qeyd edib.
Nazir
bununla həm də gənc nəslin həmin ərazilərə qayıdış prosesinin sürətlənəcəyini də
sözlərinə əlavə edib.
Sözügedən
təkliflə bağlı Sfera.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü
Müşfiq Məmmədli elmlə məşğul olan əhalinin işlə təmin olunması baxımından
işğaldan azad olunan ərazilərdə universitetlərin yaradılmasının mühüm addım
olacağını bildirib:
"İşğaldan
azad olunan ərazilərdə universitetlərin tikilməsi ilə bağlı bir sıra təkliflər
var. Hətta Qarabağ Universiteti şəklində bir ideya da mövcuddur. Bu baxımdan düşmən
tapdağından azad olunan ərazilərimizə nəzər yetirdikdə, biz Ağdam bölgəsində
regionun ən böyük şəhərinin salınmasının şahidi olacağıq. İşğaldan azad olunan ərazilərdə
milyonlarla insanın köçürülmə ehtimalı nəzərə alsaq, həmin bölgələrdə
universitetlərin yaranması, elmin, tədrisin inkişaf etdirilməsi və ictimai
mühitin formalaşması üçün mühümdür. Bu planların həyata keçirilməsi gənclərin
müxtəlif layihələrdə iştirakı, həm də elmlə məşğul olan əhalinin işlə təmin
olunması baxımdan uğurlu addım olacaq. Təbii ki, bunun üçün zaman lazımdır,
qarşıda başqa hansısa problem yoxdur”.
Deputat
Bakıda fəaliyyət göstərən universitetlərin filiallarının işğaldan azad olunan ərazilərdə
fəaliyyət göstərəcəyini qeyd edib:
Əzizə
Zeynal