20 PKK-çı öldürüldü
Dünya
11:55 / 20.07.2016
2170
Türk Silahlı Qüvvətləri (TSK), Şimali İraqda müəyyən edilən 20 PKK terroçusunu və sığınacaqlarını hava hərəkatı ilə məhv etdiyini açıqlayıb.
Sfera.az atv.az-a istinadən bildirir ki, TSK-nın açıqlamasında deyilir: "19 iyul, 2016-cı il tarixində, 18.22-18.43 saatları arasında İraqın şimalındakı Hakurk bölgəsində Türk Hava Qüvvələrinə aid F-16 döyüş təyyarələri ilə hava hərəkatı təşkil edilib. Müəyyən edilən 20 terrorçu və sığınacaqları atəşə tutularaq, təsirsiz hala gətirilib".
Vəzifələrini layiqincə yerinə yetirən döyüş təyyarələrinin geri döndükləri bildirilib.