Azərbaycanda 5-ci kolon yenidən fəallaşır – Arxasında duran ŞƏXSLƏR

Azərbaycanda 5-ci kolon yenidən fəallaşır – Arxasında duran ŞƏXSLƏR
Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda dəyişən reallıqlar Azərbaycan üçün yeni uğurlarla yanaşı, əzəli düşmənlərin də fəallaşmasına səbəb olub.
 
Ordumuzun şanlı qələbəsinin bir il sonra bu dəfə fərqli müstəvidə Azərbaycana qarşı təxribat cəhbələri açılmağa başlayır. Bəzi maraq qrupları məqsədli şəkildə Azərbaycanın regionda güclənən nüfuzunu zədələməyə və sərhədləməyə çalışır.

Bu cür təxribatların xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda baş verməsi həqiqətən prosesin arxasında xarici maraq dairələrinin olduğunu deməyə əsas verir.

Son bir neçə ayda xarici mətbuatda Azərbaycana qarşı bir neçə ciddi təxribat həyata keçirilib. Bu təxribatlar içərisində xüsusilə diqqət çəkən Mossadın keçmiş yüksək rütbəli əməkdaşı, Benyamin Netanyahunun təhlükəsizlik üzrə müşaviri olmuş Uzi Aradın saxta müsahibəsi oldu. Əsasən türk və fransız dilli xəbər saytları tərəfindən tirajlanan saxta müsahibədə Azərbaycan haqqında əsassız iddialara yer verilir, məqsədli şəkildə regionda balansı poza biləcək iddilar səsləndirilirdi.

Bu təxribatdan bir müddət sonra, bu dəfə Böyük Britaniyanın NATO-dakı keçmiş daimi nümayəndəsi Adam Consonun adı ilə saxta məqalə hazırlanıb.

Oxşar yanaşma ilə hazırlanan saxta məqalədə birbaşa Zəngəzur dəhlizi hədəf alınır və Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı əsassız iddialara yer verilirdi. Saxta məqalə müəllifləri bu dəfə öz kimliklərini gizləmək ehtiyacı duymur və əsassız iddialar Ermənistan və İran mətbuatında ardıcıl şəkildə tirajlanırdı. Təxribatların hədəfi isə dəyişməz olaraq qalırdı, Azərbaycanın nüfuzunu zədələmək və regionda qüvvələr balansını pozmaq.

Diqqət çəkici bir digər məqam isə bu təxribatlarla eyni vaxtda ölkə mətbuatında da oxşar məntiqə əsaslanan silsilə yazıların ortaya çıxmasıdır.

Qəribə şəkildə bəzi şəxslər və xəbər saytları Azərbaycana qarşı təxribatların qarşısını almağa çalışan, bu istiqamətdə fəal iş aparan qurumlar və şəxslər haqqında böhtan xarakterli yazılar dərc edir. Dövlətçiliyə və Azərbaycanın milli maraqlarına xidmət edənlərə qarşı aparılan qarayaxma kampaniyasının xarici təxribatlarla metodiki oxşarlığı isə xüsusilə diqqət çəkir.

Xarici mətbuatda Azərbaycana qarşı təxribat xarakterli saxta müsahibələrin ortaya çıxdığı anda kimlərsə ölkə gündəmini konkret şəxslərə və qurumlara qarşı yönləndirməyə cəhd edir.

Məqsədli şəkildə həyata keçirildiyi şübhə doğurmayan bu fəaliyyətlərin kimlər tərəfindən icra edildiyi də məlumdur.

Söhbət Azərbaycan siyasi sisteminin içlərinə qədər nüfuz etmiş "5-ci kolon”-dan və onun qalıqlarından gedir.

Azərbaycana qarşı böhtan kampaniyasının alətinə çevrilmiş "5-ci kolon”-un əsas vəzifəsi ölkə gündəmini dəyişmək, dövlətçiliyə xidmət edənləri hədəf almaqla yeni təxribatlar üçün zəmin hazırlamaqdır. Bilərəkdən və yaxud bilməyərəkdən xarici maraq qruplarının maraqlarını təmin etməyə çalışan "5-ci kolon” üzvlərinin maliyyə mənbələri də elə eyni ünvandır. 

Hüquqşünas Aslan İsmayılov vurğulayır ki, 5-ci kolon Azərbaycanın dövlət müstəqilliyini qəbul etməyən ölkələrin Azərbaycan hakimiyyətini öz diqtələrinə tabe etdirmək istəyənlər və ölkə daxilində onların istəklərini cürbəcür adlarla yerinə yetirən qüvvələrdir.

Aslan İsmayılov bu cür çirkin fəaliyyətin əsas təhlükələrindən də söz açıb:

"Təhlükəli olanlar xarici aktorlar yox, içimizdə bilərəkdən, yaxud bilməyərəkdən bizə qarşı olan dövlətlərin tərəfində olan qüvvələrdir. Bu sırada ən təhlükəli olanlar isə, ölkə içərisində və xaricində insan haqları, haqq ədalət mübarizəsi, müxalifət adı altında fəaliyyət göstərən özümüzdən olanlardır”.

Aslan İsmayılov həmin "özümüzdən olan baltaları” iki qrupa ayırıb:

1. Hakimiyyət hərisliyinə görə istənilən addımı atmağa hazır olanlar. Onlar hesab edirlər ki, hakimiyyəti devirməklə öz arzularına çatacaqlar.

2. Ancaq öz maddi maraqları naminə hakimiyyət dəyişikliyində nə isə qazanacaqlarını düşünənlər.

Hüquqşünas "5-ci kolon”un əsas məqsədini aşağıdakı formada şərh edib:

"Mənim üçün bu "siyasətçilər”in, "ictimai xadimlər”in məqsədləri tam aydındır, nəyin bahasına olursa olsun yenə əvvəlki illər kimi cəmiyyəti qarşıdurmaya sürükləmək, yeni yaradıcılıq, quruculuq işlərindən yayındırmaq və öz mövcudluqlarını, qazanc yerlərini saxlamaq

Azərbaycan üçün ciddi təhlükəyə çevrilmiş "5-ci kolon”-un qalıqları bu dəfə birbaşa dövlətin strateji fəaliyyət istiqamətlərini və milli maraqları hədəf almağa başlayıb.

Dövləti daxildən parçalamağa istiqamətlənmiş bu fəaliyyətlərin ən önəmli özünümüdafiə refleksini sıradan çıxarmağa hesablandığı aydındır.

Azərbaycana xidmət edənləri nüfuzdan salmaq, onların fəaliyyətini kölgələmək, cəmiyyətdə onlara qarşı inamı və etimadı azaltmaq bu fəaliyyətlərin əsas istiqamətləridir və bu işlər öz hüquqi qiymətini ən yaxın zamanda almalıdır. (Bizim.Media)

OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...