Nəqliyyat dəhlizləri ilə bağlı razılıq əldə olundu

Siyasət
21:49 / 26.11.2021
1918
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdən sonra nəqliyyat dəhlizlərinin açılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, Putin bildirib:
"Biz iqtisadi məsələlər, iqtisadi əlaqələrin inkişafı haqqında çox ətraflı danışdıq və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin açılmasından danışdıq. Bu, dəmir yoluna da, kommunikasiyalara da aiddir”.