200 ildən sonra bura iyulda qar yağdı
21:27 / 15.07.2016
2631
İtaliyanın cənubunda yerləşən xizək mərkəzləri ilə məşhur olan Livino qəsəbəsinə yağan qar yolları bağlayıb.
Axar.az xəbər verir ki, yağan güclü qar dağlıq bölgədə yerləşən qəsəbənin əsas yollarında biri Forkola keçidinin bağlanmasına səbəb olub.
Qəsəbə sakinləri yay mövsümündə belə güclü qar yağdığı üçün heyrətləniblər.
Qeyd edək ki, qəsəbəyə sonuncu dəfə 1816-cı ilin iyul ayında qar yağıb.