Xalq artistinin qızı: "Anamın evlilik verilişinə çıxmaqda məqsədi..."
Maqazin
10:37 / 13.07.2016
5244
Xalq artisti Rəfael Dadaşovun qızı Səidə Dadaşova anası, aktrisa Sədaqət Dadaşovanın evlilik proqramına çıxması ilə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla” verilişində danışıb. O, anasının sənəti üçün evlilik proqramına çıxdığını deyib:
"Anam gözəl aktrisadır. Verilişə o niyyətlə getdi ki, gözəl seriallara çəkilsin. Proqrama çıxmışdı desin ki, belə istedadım var. Amma başqa yerə yozdular. O qədər söz-söhbət çıxdı ki…”.