“Rusiya Qarabağa daha ağır hərbi texnika yerləşdirməyi planlayır” - AÇIQLAMA

12:53 / 09.09.2021
907
"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağda bundan sonrakı fəaliyyətlərində hərhansı bir müsbət tendensiya olmayacaq".
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert ermənilərin Qarabağı tərk etməsinin Rusiyanın neytral mövqe tutmasından irəli gəldiyini bildirib:
"Rusiya 10 noyabr razılaşmalarının həyata keçirilməsində maraqlı deyil. Əgər, bu öhdəliklər yerinə yetirilərsə, Rusiya sülhməramlı qüvvələrinə qarşı ermənilərin mənfi fəaliyyəti biruzə verəcək. Rusiya Qarabağda sülh və təhlükəsizlik istəmir. Qarabağda Azərbaycanla Rusiya arasında sülhməramlı qüvvələrlə bağlı narazılıq pik həddə qədər davam edəcək. Azərbaycan Türkiyə ilə Qarabağda buna görə təlimlərə başlayıb. Rusiya açıq şəkildə Qarabağda anti-azərbaycan siyasətini davam etdirir".
Politoloq Qarabağa daha ağır hərbi texnikanın yerləşdiriləcəyini vurğulayıb:
"Baş verən proseslər Azərbaycanın əleyhinə reallaşır. Rusiya tərəfi Qarabağda daha da ağır silahlar və şəxsi heyət yerləşdirilməsinə gedəcək. Demək olar ki, Rusiya buranı sülhməramlı kimi deyil, birbaşa Azərbaycan və Ermənistana təzyiq etmək üçün hərbi baza kimi istifadə etməyə çalışacaq".
Əzizə Zeynal
Sfera.az