Yeni Putin-Bayden sammitinə hazırlıq gedir

Siyasət
12:36 / 09.09.2021
871
ABŞ və Rusiya prezidentlər Cozef Bayden və Vladimir Putin arasında yeni sammitin təşkili üçün danışıqlar aparır.
Sfera.az xəbər verir ki, bu haqda strana.ua Ukrayna saytı "diplomatik dairələrdəki mənbəyə” istinadən bildirir. İstisna edilmir ki, prezidentlərin görüşü oktyabrda baş tutacaq. Nəzərdə tutulan müzakirə mövzuları isə "ənənəvidir”-silahlar üzərində nəzarət, Ukrayna, Əfqanıstan, Mərkəzi Asiya, kibertəhlükəsizlik və digər mövzular.