Azərbaycan XİN Braziliyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Braziliyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsindəki paylaşımında deyilir.

"Braziliyaya Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırır və bu əlamətdar gün münasibətilə uğurlar və çiçəklənmə arzu edirik. Müstəqillik Günün mübarək, Braziliya!”, - paylaşımda bildirilir.

Xatırladaq ki, Braziliyada Müstəqillik Günü 1822-ci il sentyabrın 7-dən etibarən hər il qeyd olunur. Həmin gün ölkə Portuqaliyadan ayrılaraq müstəqillik əldə etmişdir.



OXŞAR XƏBƏRLƏR