AZAL heyətinə norveçlı futbolçu cəlb edir

AZAL heyətinə norveçlı futbolçu cəlb edir

 

Yeni mövsümün hazırlıqlarına başlayan AZAL futbol klubu transfer çalışmalarına start verib.

 

Sfera.az xəbər verir ki, AZAL rəhbərliyi baxışda olan bir əcnəbi oyunçunu heyətə cəlb etməyə qərar verib. İyunun 25-dən təlim-məşq toplanışında olan paytaxt təmsilçisinin düşərgəsində norveçli yarımmüdafiəçi Vilyar Nordberq baxışa cəlb edilmişdi. Baş məşqçi Tərlan Əhmədov onunla bağlı artıq qərarını verib. Çalışdırıcı sağ cinah oyunçusu barədə müsbət rəy verib və onun komandada saxlanılmasını istəyib. Hazırda klub rəhbərliyinin müqavilə məsələsində futbolçu ilə danışıqlar apardığı bildirilir.

 

Vilyar Nordberq bundan əvvəl Norveç təmsilçisi "Yunkeren”də çıxış edib.



OXŞAR XƏBƏRLƏR