Azərbaycanda hər şagirdə 100 manat veriləcək? – “Mümkündür və büdcəyə yük olmaz”

Azərbaycanda hər şagirdə 100 manat veriləcək? – “Mümkündür və büdcəyə yük olmaz”
Rusiya hökuməti yeni tədris ili ərəfəsində hər məktəbli üçün 10 min rubl (təxminən 233 manat) məbləğində birdəfəlik yardımın göstərilməsi ilə bağlı qərar qəbul edib.

Maraqlıdır, belə bir təcrübə Azərbaycanda da tətbiq edilə bilərmi?

Mövzuyla bağlı  Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov ölkəmizdə təhsilin pulsuz olduğunu qeyd etməklə yanaşı ideyaya müsbət yanaşdığını ifadə edib:
 
"Azərbaycanda orta məktəb şagirdlərinə dərsliklər pulsuz verilir. Bazar qiymətilə dəyərləndirsək, şagirdlər ümumi dəyəri 110 manat olan 9-11 adda pulsuz dərsliklərlə təmin edilir. Amma onu da nəzərə alaq ki, pandemiya dövründə bütün insanlar, o cümlədən övladları orta məktəbdə oxuyan ailələr də əziyyət çəkiblər. Elə valideyn var ki, maddi vəziyyəti çox aşağı olduğundan övladlarının təhsillə bağlı ehtiyaclarını tam olaraq ödəyə bilmir. Bu mənada digər ölkələrdə olduğu kimi Azərbaycanda da belə ailələrə dövlət tərəfindən birdəfəlik müavinətlərin verilməsi daha yaxşı olardı”.
 
Təhsil ekspertinin fikrincə, orta məktəb şagirdlərilə bağlı Rusiyadakı təcrübəyə oxşar addımın atılması Azərbaycan dövlət büdcəsinin gücü çərçivəsindədr:
 
"Hesab edirəm ki, pandemiyanın yaratdığı çətinlikləri nəzərə almaqla məktəb ehtiyaclarını ödəmək üçün Azərbaycanda orta məktəb şagirdlərinin hər birinə mütləq olaraq birdəfəlik 100 və ya 200 manat həcmində vəsait ödənilməlidir. Bu onların problemlərini həll etməkdə mühüm addım olacaq”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...