Azərbaycanda işsizliyin səviyyəsi azalacaq - BVF

Cəmiyyət
23:49 / 07.04.2021
1675
Cari ildə Azərbaycanda işsizlik səviyyəsi 5,8 faiz səviyyəsində proqnozlaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatına bildirilib.
Hesabatda qeyd olunur ki, 2019-cu ildə bu göstərici 6,5 faiz təşkil edib.
BVF 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5,7 faizədək azalacağını proqnozlaşdırır.
Eyni zamanda BVF proqnozlarına əsasən, Azərbaycanda ümumi daxili məhsul 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz artacaq.