Azərbaycan erməni hərbi qulluqçunun meyitini qarşı tərəfə təhvil verdi

Azərbaycan erməni hərbi qulluqçunun meyitini qarşı tərəfə təhvil verdi
Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərinin bugünkü axtarışları nəticəsiz olub.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Cəbrayılda aparılan axtarışlar zamanı müharibədə itkin düşmüş heç bir hərbi qulluqçu tapılmayıb. Lakin qeyd edilir ki, Azərbaycan tərəfi Ermənistana Füzulidə tapılmış erməni hərbi qulluqçunun meyitini təhvil verib. Müharibə zamanı məhv edilmiş hərbçinin şəxsiyyəti ekspertizanın nəticəsindən sonra müəyyənləşdiriləcək.

Bununla da Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatıb.

Xatırladaq ki, itkin erməni hərbçilərin valideynləri, habelə digər doğmaları Qarabağda övladlarının axtarışlarından narazı qalıblar. Onlar bu səbəbdən dəfələrlə Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bundan sonra axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub.

OXŞAR XƏBƏRLƏR

Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndir...

Nazir tanınmış cərraha vəzifə verdi - FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir An...

Aprel ayının son günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də ...

Şimal-Cənub dəhlizi əlavə imkanlar yaradacaq - "İstehsala güclü təkan verəcək”

Aprelin 28-də Bakıda Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizi haqqında danışıb.  İl...

29 Aprel Beynəlxalq Rəqs Günüdür

Hər il 29 aprel tarixində bütün dünyada Beynəlxalq Rəqs Günü qeyd olunur. Bu gün təkcə səhnə sənətinin bir növü olan rəqsi təbliğ etmək məqsədi daşımır – ...