Mutasiyalı korona İranı cənginə aldı - Nazir

Mutasiyalı korona İranı cənginə aldı - Nazir
Demək olar ki, İranda koronavirusun Britaniya ştammı bütün ölkə ərazisinə yayılılıb.

Sfera.az xəbər verir ki, bunu İranın səhiyyə naziri Səid Nəməki deyib. O, koronavirusla mübarizədə çətin günlərin qabaqda olduğunu qeyd edərək, vətəndaşları karantin tədbirlərinə əməl etməyə çağırıb:

"İki nəfər mutasiyaya uğramış virus nəticəsində ölüb. Koronanın mutasiyaya uğrayan növü demək olar ki, bütün ölkədə yayıldı. Bu virusun hər şəhərdə, kəndə və ailədə ortaya çıxa biləcəyini düşünmək məcburiyyətindəyik".

Qeyd edək ki, İranda koronavirusun mutasiyaya uğrayan növünün ilk dəfə yanvarın 5-də aşkarlanması açıqlanmışdı. (Axar.az)

OXŞAR XƏBƏRLƏR