Kubada helikopter qəzasında 5 nəfər həlak oldu

Dünya
08:24 / 30.01.2021
1303
Kubanın şərqində helikopter qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, bu barədə "Cubadebate" portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
Məlumata görə, helikopter Olqin əyalətindən Quantanamo vilayətinə doğru uçurmuş. Qəza zamanı 5 nəfər həlak olub. Onların hamısı heyət üzvləri imiş.
Müdafə Nazirliyinin müvafiq komissiyası hadisə ilə bağlı təhqiqata başlayıb.