Tehranın bəzi rayonlarında həyəcan siqnalı verilib

Dünya
08:00 / 30.01.2021
1221
Təşkilatlardan birinin sistemindəki nasazlıq Tehranın qərb hissəsində həyəcan siqnalının verilməsinə səbəb olub.
Sfera.az xəbər verir ki, bu barədə "ISNA” agentliyi Tehran əyalətinin rəhbərliyinə istinadən xəbər verib.
Agentlik qeyd edir ki, bir qədər sonra həyəcan siqnalı söndürülüb. Təşkilatın adı açıqlanmır.
Bununla yanaşı, Tehran əyalətinin Fövqəladə Hallar Departamentinin rəhbəri Mənsur Dəracati bildirib ki, "həyəcan siqnalı güclü yağışdan sonra suyun sistemə daxil olması səbəbindən işə düşüb”.