Nüsrətin "Qarabağ kimindir" sualına reaksiyası hamını hiddətləndirdi - VİDEO

Dünya
00:54 / 29.01.2021
12564
Dünyaca məşhur türkiyəli aşbaz Nüsrət Gökçə azərbaycanlı müştərilərinə hörmətsizlik edib.
Sfera.az xəbər verir ki, ötən gün Nüsrətin Dubaydakı restoranına gələn azərbaycanlılar video çəkmək qərarına gəlib.
Belə ki, müştərilərdən biri Nüsrətə yaxınlaşaraq, "Qarabağ kimindir?”, sualını verib. Lakin Gökçe bunu eşitməməzliyə vuraraq suala cavab verməkdən yayınıb.
Məşhur aşbazın azərbaycanlılara qarşı bu münasibəti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Jalə Mehdi
Sfera.az