Ermənilər Qarabağa qayıtmaq istəmirlər

Ermənilər Qarabağa qayıtmaq istəmirlər

 

Apreldə dördgünlük müharibə zamanı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionundan qaçan minlərlə erməni geri qayıtmaq istəmir.

Oxu.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

İşğal edilmiş ərazilərdə qanunsuz məskunlaşan ermənilər Azərbaycan Silahlı Qüvvələrinin uğulu hücum əməliyyatının davam edəcəyindən qorxurlar.

Qondarma "DQR hökuməti”nin "baş naziri” Ara Arutyunyan dünən və bu gün Ağdərədə bir qrup erməni sakinlə görüşündə hərbi əməliyyatlar zamanı köçənləri evlərinə geri qayıtmağa çağırıb.
"Mən Talış və Madaqis istisna olmaqla, bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram. Çünki yeni təhdidlər üçün heç bir əsas yoxdur, situasiya nəzarətimiz altındadır. Sizi əmin etmək istəyirəm ki, bütün problemləriniz həll olunacaq. Geri qayıdanlara hər cür yardım göstəriləcək, evləri bərpa ediləcək”, - Arutyunyan bəyan edib.

Qeyd edək ki, 2-4 aprel tarixlərində Azərbaycan ordusu işğal edilmiş Ağdərə rayonunun Talış və Madaqis kəndlərini atəş altında saxlamaq imkanı verən yüksəklikləri ələ keçirib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...