Rusiya Navalnı ilə nə edəcəyini bilmir? – Qərbin artan təzyiqi və sankisya xəbərdarlıqları

16:21 / 18.01.2021
2210
Beləliklə, Rusiya müxalifətinin lideri Aleksey Navalnı vəd etdiyi kimi, yanvarın 17-də Rusiyaya döndü və Şeremetyevo hava limanında saxlanıldı. Əslində burada gözlənilməz heç nə yox idi, çünki Cəzaların İcrası
Federal Xidməti az əvvəl şərti məhkumluğu olan şəxs kimi icra müfəttişliyinə gəlmədiyinə
görə onu saxlayacağına söz vermişdi.
Gözləmirdilər, amma hazırlaşırdılar
Qərb dövlətlərinin
reaksiyası özünü gözlətmədi. Qeyd
edilməlidir ki, bu da təbii idi. Operativlik təəccüb
doğurmamalıdır – axı Cəzaların İcrası
Federal Xidmətinin bəyanatını orada
da eşidiblər. Buna görə də, Aleksey Navalnının Rusiyaya gəldikdən dərhal sonra
saxlanacağı ehtimal olunurdu.
İlk reaksiya Beynəlxalq
Əfv Təşkilatından (Amnesty International) gəldi. Navalnının saxlandıldığı elan ediləndən bir neçə dəqiqə sonraTəşkilatın
veb saytında hadisəni pisləyən böyük bir mətn yayımlandı və Aleksey Anatolyeviç
vicdan məhbusu elan edildi. Məqalənin belə qısa bir
müddətdə yayımlanması və mətnin həcmi onun əvvəlcədən hazırlandığını göstərir.
Bunun ardınca
Latviya, Litva və Estoniya xarici işlər nazirləri tərəfindən həbsin yolverilməzliyi
və Navalnının dərhal sərbəst buraxılması zərurəti barədə birgə bəyanat verildi. Bundan əlavə, Rusiya hakimiyyəti dərhal reaksiya verməyəcəyi təqdirdə,
Avropa Birliyi tərəfindən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi
məsələsini qaldıracaqları ilə də hədələdilər.
ABŞ-da Navalnının
saxlanılmasına ən operativ reaksiya verən yeni seçilmiş ABŞ prezidentinin
müşaviri Ceyk Sallivan oldu: " Cənab Navalnı dərhal sərbəıst buraxılmalı, onun
həyatına qəsd edənlər isə məsuliyyətə cəlb olunmalıdırlar”.
Ümumiyyətlə, Kanada,
Almaniya, Fransa və bir sıra digər dövlətlərin xarici əlaqələr qurumları rəhbərləri
tərəfindən də oxşar bəyanatlar verildi.
Rusiyanın
reaksiyası
Rusiya Xarici İşlər
Naziri Sergey Lavrov Qərb siyasətçilərinin Navalnının saxlanılması ilə verdiyi
bəyənatları belə şərh etdi: "Qərb siyasətçiləri ölkələrindəki daxili böhrandan
diqqəti yayındırmaq üçün Aleksey Navalnı hekayəsindən istifadə edir”.
Aydındır ki,
Aleksey Navalnı olayının davamı Rusiya-Qərb münasibətlərində növbəti gərginliyə
səbəb olacaq.
Mənbə: Pravda.ru
Tərcümə: SelcanSfera.az