Ukrayna Co Baydenin Rusiyaya qarşı əsas silahıdır - Puşkov

12:16 / 18.01.2021
1860
ABŞ-ın yeni prezidenti Co Bayden Ukraynanın köməyi ilə Rusiyaya
qarşı aktiv mübarizəyə başlayacaq.
Sfera.az-ın məlumatına görə, Senator Aleksey Puşkov bildirib
ki, Ukraynanı Rusiyaya
qarşı daha çox "istifadə etmək” ABŞ prezidenti kimi Co Baydenin xarici siyasət istiqamətlərindən birii olacaq.
"Çox guman ki, o ( Co Bayden. - red.) Ukraynanı
ABŞ-ın Rusiyaya qarşı kozlarından biri kimi istifadə edəcək. Özəlliklə də, ABŞ
və Ukrayna arasında hərbi əməkdaşlıq güclənəcək, yəni,
ABŞ-nın Ukrayna silahlı qüvvələrinə dəstəyi artacaq ", - deyə Puşkov
mülahizə yürüdüb.
Senator etiraf edib ki, Bayden administrasiyası
Ukrayna ərazisində Amerika hərbi bazası yaratmağa hazırlaşsa, təəccüblənməyəcək.
Puşkov xatırladıb ki, az əvvəl Prezident Vladimir Zelenski Ukraynanın Qara və
Azov dənizlərində iki hərbi bazanın inşası barədə danışmışdı.
"Ukraynalıların hərbi baza inşa etməkçün pulu
olmadığını nəzərə alsaq, sözügedən tikintinin xaricdən maliyyələşdiriləcəyini
düşünürəm. ABŞ bu
bazalardan birinin inşasını maliyyələşdirmək üçün real namizəddir. Bir müddət
sonra həmin baza ABŞ bazasına çevrikəcək",- deyə o, bildirib.
Tərcümə: Selcan
Sfera.az