Ermənistan cəzalandırılacaq – AÇIQLAMA

Ermənistan cəzalandırılacaq – AÇIQLAMA

 

Ermənistanın nümayəndə heyətinin Stokholmda (İsveç) keçirilən "Eurovision-2016” mahnı müsabiqəsində qondarma "Dağlıq Qarabağ Respublikasının” qadağan olunmuş bayrağını nümayiş etdirməsi bu ölkəyə qarşı cəza tədbirləri ilə nəticələnəcək.

Və bu cəzalar kifayət qədər ciddi ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə hadisədən dərhal sonra İsveçin "Expressen” qəzeti yazıb.

Qəzetə açıqlama verən müsabiqənin meneceri Siyetse BakkerErmənistana qarşı cərimələrin, yaxud rəsmi xəbərdarlığın tətbiq olunacağını bildirib.

"Expressen” yazır ki, hadisə canlı efirdə baş verib, erməni müğənni İveta Mukuçyan və erməni nümayəndə heyətinin bir neçə üzvü "DQR”in bayrağını qaldırıblar.

"Bayraq Avropa Yayım Birliyi ("Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı) tərəfindən qadağan edilmişdi və efirdə göstərilməməli idi. İndi bu hadisə AYB tərəfindən araşdırılır və qurum sabah təcili iclas keçirəcək.

"Bəli, məsələni öyrənmək üçün erməni nümayəndə heyəti ilə danışacağıq. Lakin onlar yarışdan kənarlaşdırılmayacaqlar”, - deyə Siyetse Bakker bildirib. 

Onun sözlərinə görə, Ermənistan finala keçən ölkələrdən biri olsa da, indi AYB ona qarşı tədbirlər görməlidir:

"Ermənistana rəsmi xəbərdarlıq oluna bilər ki, bu cür hallara yol verməsinlər”.

"Expressen” yazır ki, erməni nümayəndə heyətinin bayrağı stadiona necə keçirməsi hələ də qaranlıq qalır.

Siyetse Bakker deyir ki, onların hadisə yerində qadağan olunmuş bayraqların tədbirə keçirilməməsinə nəzarət edəcək bir neçə mühafizəçisi olub:

"Biz bayraqları bir neçə yerdə axtardıq. Lakin bayrağı tədbirə keçirmək çox asandır, siz onu asan şəkildə gizlədə bilərsiniz və buna görə də, belə hadisənin qarşısını almaq çox çətindir”.

"Bəs ermənilər eyni halı şənbə günü təkrarlasalar nə baş verəcək?” sualına Bekker belə cavab verib:

"Mən bu mövzuda spekulyasiya etmək istəmirəm. Lakin mənim təcrübəm göstərir ki, yaxşı danışıqlar mövcud problemləri həll edə bilər. Bu, (danışıqlar – red.) sabah baş verəcək”.

Məsələ ilə bağlı mətbuat konfransında açıqlama verən İveta Mukuçyan isə bildirib ki, o, bütün sərhədlərdə sülh istəyir və bu barədə məlumatı çatdırmaq istəyirmiş.

Almaniyada yaşadığını vurğulayan Mukuçyan beynəlxalq ruhlu bir adam olduğunu bəyan edib.

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...