“Distant təhsil Azərbaycanda özünü doğrultmadı” – Təhsil eksperti səbəbləri sadaladı

“Distant təhsil Azərbaycanda özünü doğrultmadı” – Təhsil eksperti səbəbləri sadaladı
"Distant təhsil Azərbaycanda özünü doğrultmadı, xüsusən də ibtidai siniflər və texniki fənlərlə bağlı çoxsaylı problemlər müşahidə etdik”.

Bu sözləri Sfera.az-a açıqlamasında 10 aya yaxındır, Azərbaycanda pandemiya ilə bağlı tətbiq edilən distant təhsilin keyfiyyəti haqda danışan təhsil eksperti Kamran Əsədov deyib:

"Onlayn təhsil Azərbaycanda yeni olsa da dünyada 20 ildən çoxdur ki, tətbiq edilir.  Proses tək hansısa proqram vasitəsilə yox, həm də dərslərin çəkilişi yolu ilə də həyata keçirilirdi. Azərbaycanda isə bütün proses ənənəvi tədris və təhsilə uyğun  hazırlandığından həmin formatı onlayn sistemə salanda çətinliklərlə üzləşdik. Bu indi də davam edir”.

Ekspertə görə şagirdlər onlayn təhsildən məmnun olublar: "Əslində onlayn təhsil şagirdlərin adi həyat tərzinə çevrilib və onlar arasında kifayət qədər məmnunluq var.  Lakin burada söhbət humanitar fənlərdən gedir. Tarix, Azərbaycan dili, xarici dil fənlərilə bağlı onlayn sistemə keçilməsi keyfiyyət baxımından ciddi problem yaratmadı. Texniki və təbiət fənləri üzrə onlayn təhsildən isə məmnun deyilik”.

K. Əsədov bildirdi ki, onlayn təhsilin keyfiyyətinin yüksək olması üçün alternativ dərsliklər olmalıdır: "Azərbaycan təhsil sistemində alternativ dərsliklər yoxdur. Dərslər adətən normal qaydada, həyatda hər şey öz axarında olanda keçirilir. Eyni zamanda dərslərin fövqəladə vəziyyətdə keçirilməsi üçün "B” planına uyğun tədris resursları hazırlanmalı idi. Amma Azərbaycanda ənənəvi dərsləri olduğu kimi onlayn sistemə köçürmək meylindəyik. Alternativ dərsliklər hazırlansaydı, şagirdlərə ənənəvi dərslikdə olduğu kimi, bütün informasiyaları yox, yalnız zəruri olanları verəcəkdik. Bu da kifayət qədər yüngül dərslikllərin ortaya çıxmasına gətirib çıxaracaqdı.

Düşünürük ki, onlayn təhsil mütləq kompüter, planşet, telefon olandan sonra tətbiq edilməlidir.  Əslində onun alternativləri də var, məsələn radio, televiziya, YouTube üzərindəki video vasitəsilə. Ən vacib məqam isə səsli dərsliklərin yaradılmasıdır”.

Ekspertin fikrincə, ənənəvi qaydaya qayıtmaq arzusu güclü olduğundan distant təhsilin keyfiyyətinə fikir vermədik: "Bu istiqamətdə heç nə yaratmadıq. Hələ də dirənməkdə davam edirik. Deyərdim ki, problemli situasiyadan uğurla çıxa bilmədik.

Onlayn  tədris nəticəsində ibtidai sinif şagirdləri keyfiyyət baxımından çox geri düşüb. Onlar məktəbə adaptasiya oluna, ilkin oxu, yazı, dinləmə, anlama qabiliyyətinə yiyələnə bilmədilər. Bir sözlə, digər dövlətlərdən fərqli olaraq, Azərbaycanda distant təhsil təhsilin əlçatanlığına maneə oldu. Nəticədə bu təhsil sisteni ölkəmizdə özünü doğrultmadı”.

Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...