İndoneziyada 6,2 bal gücündə zəlzələ oldu: Binalar çökdü, ölən və yaralananlar var

Dünya
11:37 / 15.01.2021
1192
İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərə Qarşı Mübarizə Agentliyi məlumat yayıb.
Məlumata görə zəlzələ bir otel də daxil olmaqla, bəzi binaların çökməsi ilə nəticələnib. Dağıntılar azı üç nəfərin ölümünə, 24 nəfərin yaralanmasına səbəb olub.
Şahidlərin sözlərinə görə əyalət mərkəzi - 110 min sakini olan Mamujudakı otellər və qubernatorluq qərargahı da daxil olmaqla, bir neçə binaya ciddi ziyan dəyib.
Xatırladaq ki, Sulavesi adasındakı Palu bölgəsində 2018-ci ilin sentyabr ayında baş verən 7,5 bal gücündəki zəlzələ sunamiyə səbəb olmuşdu. Bu fəlakət nəticəsində 4.300-dən çox insan ölmüş, onlarla insanın itkin düşmüş, 170 min nəfər isə köçkün vəziyyətinə düşmüşdü.
Ülvi
Sfera.az