“Tramp məni öldürmək istəyib” – Venesuela prezidentindən GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Tramp məni öldürmək istəyib” – Venesuela prezidentindən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Venesuela Prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampın öz hakimiyyəti dövründə Venesuelanı məhv edib, özünü isə öldürmək istədiyini bəyan edib.

 

"Donald Trampın hakimiyyətdə olduğu dörd il müddətində əsas hədəfi Venesuela idi. Dövləti və məni məhv etmək. O, bir neçə dəfə məni öldürməyi əmr edib”,- deyə Maduro bazar günü Karakasda çıxışı zamanı bildirib. Onun çıxışı dövlət televiziyasında yayımlanıb.


Sfera.az TASS-a istinadla xəbər verir ki, Venesuela prezidenti çıxışında bildirib ki, Tramp dünya siyasətində nifrətin, zorakılığın və təcavüzün təcəssümüdür.


Xatırladaq ki, müxalifət lideri Xuan Quaydo (bundan iki İki gün əvvəl Ali Məhkəmə tərəfindən onun parlamentin sədri təyinatı ləğv edilmişdi-red.) 2019-cu ilin 23 yanvarında özünü prezident vəzifələrinin icraçısı elan etdikdən sonra Venesuelada vəziyyət son dərəcə kəskinləşmişdi.

 

Amerika Birləşmiş Ştatları onu müvəqqəti dövlət başçısı kimi tanıdı; Lima Qrupu (Meksika istisna olmaqla) ölkələri, Amerika Dövlətləri Təşkilatı və Avropa Birliyi üzvlərinin əksəriyyəti Amerikanın sözügedən qərarını dəstəklədi. Prezident Maduro bu olayı çevriliş cəhdi adlandıraraq ABŞ ilə diplomatik münasibətlərə son qoyulduğunu bəyan etdi. Rusiya, Belarus, İran, Çin, Kuba, Nikaraqua, Suriya və Türkiyə ona dəstək olduqlarını bildirdilər.

 

Tərcümə: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...