Daha 3 ölkədə koronavirusun mutasiyaya uğramış variantı aşkarlandı

Daha 3 ölkədə koronavirusun mutasiyaya uğramış variantı aşkarlandı
Meksika, Yaponiya və Rusiyada da koronavirusun mutasiyaya uğramış variantı aşkar edilib.

Sfera.az  bildirir ki, Meksikanın şimal-şərqindəki Tamaulipas əyalətində İngiltərədə ortaya çıxan COVİD-19-un daha sürətlə yayılan, mutasiyaya uğramış növü tapılıb. Bu barədə Tamaulipas səhiyyə orqanının rəhbəri Qloria Molina Kamboa məlumat verib. O, qeyd edib ki, koronavirusun mutasiyaya uğramış variantı 29 dekabr 2020-ci il tarixində xaricdən gələn bir sərnişində aşkar edilib. Həmin sərnişinin 56 yaşlı bir kişi olduğu və artıq səhiyyə orqanlarının nəzarəti altına alındığı bildirilib.

İngiltərədə ortaya çıxan koronavirusun mutasiyaya uğramış yeni növünə Rusiyada da rast gəlinib. Rusiyalı hüquq müdafiəçisi Anna Popova "Rossiya 1” kanalına açıqlama verərək bildirib ki, mutasiyaya uğramış virus İngiltərədən ölkəyə dönən vətəndaşda tapılıb.

Yaponiyanın paytaxtı Tokioda isə 4 nəfərdə mutasiyaya uğramış virus aşkar edilib. Məlumata görə, həmin şəxslər paytaxtın Haneda hava limanındaca karantinə alınıblar. Sərnişinlər Braziliyadan geri dönən vətəndaşlar olub. Karantinə alınan sərnişinlər arasında 40 yaşlı kişi nəfəs almaqda çətinlik çəkdiyi, 30 yaşlı qadının boğaz və baş ağrıları olduğu, bir gəncin isə yüksək temperaturu olduğu bildirilib.

Qeyd edək ki, yanvarın 9-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantının aşkar olunduğunu açıqlamışdı.

Xatırladaq ki, yeni növ koronavirusun mutasiyaya uğramış variantı ilk dəfə Böyük Britaniyada aşkarlanıb.
(musavat.com)

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...