Minsk Qrupu Ankara ilə hesablaşmalı olacaq - Dubnov

Siyasət
18:21 / 18.11.2020
5882
Kremldə yaxşı başa düşürlər ki, Paşinyanın baş nazir postundan güc yolu ilə getməsi nəticəsində onun yerinə açıq-aşkar antirusiya və ya daha qərbpərəst siyasətçi gələcək.
Sfera.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Arkadi Dubnov bildirib.
"Bu, Putinin Rusiya televiziyasına dünənki müsahibəsində verdiyi ismarışlardan biridir. Putin xəyanətdə tərəfdarları tərəfindən ittiham olunan Paşinyanı müdafiəsi altına alıb”, - deyə Dubnov qeyd edib.
Politoloq bildirib ki, həm Fransa, həm də ABŞ Rusiya və Türkiyənin şərtləri ilə hesablaşmalı olacaq.///Axrar.az