"Moskva ilə Ankara daha çox türk hərbçisinin Azərbaycana gəlməsi barədə razılaşıb" – AÇIQLAMA

"Bu vəziyyət Azərbaycan və Türkiyəyə əlavə manevr imkanları verir”
 
Sfera.az-a açıqlamasında bu sözləri Monitorinq Mərkəzində fəaliyyət üçün Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsini dəyərləndirərkən politoloq Nazim Cəfərsoy deyib:

"Bununla bağlı detallar hələ tam aydın deyil.  Gələn türk hərbçiləri tək Monitorinq Mərkəzində olacaq, yoxsa məsələnin başqa tərəfi var? Burada gedən prosesi Suriyadakı prosesə oxşadıram. Putin dünən çıxışında təmas xəttində türklərin olmasına mənfi mövqe bildirdi. Amma bu o demək deyil ki, rusla türk, ikisi birlikdə başqa hardasa olmayacaq. Bu istiqamətdə ümumi mənzərə tam dəqiqləşməyib”.

Həmsöhbətimiz qeyd etdi ki, Türkiyə ölkəmizə hərbi qüvvəni 2010-cu ildə bağlanan müqaviləyə istinad etməklə göndərir: 

"Hələlik nə qədər Türkiyə hərbçisinin gələcəyini bilmirik.  Türkiyə hökuməti Azərbaycana hərbi qüvvə göndərmək üçün parlamentə etdiyi müraciətində ölkəmizə əsgərlərini 2010-cu ilin ikili  müqaviləsinə əsaslanmaqla göndərdiklərini bildirib.

Bu isə Azərbaycan, həm də Türkiyəyə əlavə manevr imkanları yaradır.  Həmin məqam Bakı ilə Ankaraya imkan verəcək ki, Azərbaycandakı türk hərbi kontingentinin fərqli formada olsa da sayını artırsın. Məsələn, 100 nəfər türk hərbçisi sülhməramlıların Monitorinq Mərkəzinə, yerdə qalan qüvvələr isə Bərdə, Ağdam, Füzuli və ya Gəncədə yerləşmək üçün gələ bilər.  Belə bir versiya da istisna deyil. Hətta düşünürəm ki, Moskva ilə Ankara daha genişmiqyaslı türk kontingentinin Azərbaycana gəlməsi barədə anlaşıblar”.  

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...