Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri yandırmaq üçün ağ fosfordan istifadə edirdi"

Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri yandırmaq üçün ağ fosfordan istifadə edirdi
"Burada şahidi olduqlarımız Ermənistan silahlı qüvvələrinin ağ fosforlu mərmilərdən istifadə etdiyini sübuta yetirən növbəti faktlardır”.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq jurnalistlərin Füzuli rayonuna səfəri zamanı deyib.

"ANAMA nümayəndəsi tərəfindən ətraflı məlumat verildi. Ermənistan silahlı qüvvələri tərəfindən başqa hallarda da ağ fosforlu mərmilərdən istifadə edilmişdi. Biz hələ hərbi əməliyyatların gedişində məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edirdilər. Hətta bu əməliyyatlarda deyil, 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan geniş şəkildə istifadə edilmişdi. Bunların da əsas hədəfi mülki insanlar, mülki obyektlər, əkin sahələri və həmçinin Azərbaycan Silahlı Qüvvələri olmuşdu. Bu barədə beynəlxalq təşkilatlara ünvanlamaq üçün məlumatlar toplanılır. Eyni zamanda kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilata məlumat veriləcək. Ağ fosfor kimyəvi silah hesab edilməsə də, bunun çox böyük zərərverici xüsusiyyətləri var. İnsan orqaniziminə daxil olduğu təqdirdə bunun qısamüddətli ölümə və ciddi yanğıya səbəb ola biləcək effektləri var”, - o bildirib.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...