Niderland səfiri: "Sanksiyalar qətiyyən gündəlikdə deyil"

Niderland səfiri:
"Qeyd etdiyiniz kimi, mən buraya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub".

Sfera.az xəbər verir ki, bu sözləri Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizeman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.

"Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm", - səfir əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...