Türkiyə parlamenti Azərbaycana əsgər göndərilməsi ilə bağlı layihəni təsdiqlədi

Siyasət
22:42 / 17.11.2020
7946
Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.