“Fransa ermənipərəst siyasətini davam etdirir”

“Fransa ermənipərəst siyasətini davam etdirir”
"Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylərlə çıxış edib. Bütün bunlar azmış kimi, Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, hətta bəzi məlumatlara görə Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib".

Sfera.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, əldə olunan məlumatlara görə isə yaxın günlərdə Paris meriyası qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşır. Heç şübhəsiz ki, proses Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırılır. Nəzərə alsaq ki, Parisin meri Ann İdalqo erməni lobbisinin tam nəzarəti altında olmaqla yanaşı, qatı ermənipərəst mövqeyə malikdir və onun Fransa erməniləri ilə sıx münasibəti var, hətta müavinlərindən biri ermənidir, o zaman bütün suallara cavab tapmaq olur ki, məsələ hardan və kimlərdən qaynaqlanır. Bundan əvvəl də İdalqonun ermənilərə yaxınlığına dair konkret faktlar mövcuddur. Belə ki, o, Fransada erməni kilsəsinin açılışında iştirak edib, qondarma "erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb, eyni zamanda, separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüslər edib və marafonlar təşkil edib, belə olan halda hər şey aydın olur. Lakin bütün bu qatı ermənipərəst cəhdlərə baxmayaraq, İdalqonun erməni sevgisi gülüş obyektinə çevrilərək məsxərəyə qoyulur. Makronun yaratdığı və rəhbərlik etdiyi "İrəli Fransa” partiyasının Paris Şurasında geniş şəkildə təmsil olunmasını nəzərə aldıqda, deyə bilərik ki, bu proses Makronun ermənilərə növbəti sadiqliyindən irəli gəlir. Düşünürəm ki, məsələ Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı sərgilədiyi ermənipərəst siyasətin tərkib hissəsi kimi başa düşülməlidir. Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək.

"Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıb, bu fəaliyyəti indi də davam etdirdikləri halda, bu gün Fransa müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal addımlar atılır. Lakin düşünürəm ki, Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar, çünki bu ölkə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş bir ölkədir”, - deyə Şəbnəm Həsənova qeyd edib.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...