İhsanoğlu Əliyevə məktub ünvanladı

İhsanoğlu Əliyevə məktub ünvanladı
İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

"Otuz ilə yaxındır insan hüquqlarının və beynəlxalq hüquq normalarının pozulması ilə davam edən Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalına Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınız ilə hökumətinizin və Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində son qoyulmasını böyük qürur və sevinc hissi ilə izləyirik.

Hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi və əvvəllər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən Qarabağda baş verən hadisələri daim yaxından izləmişəm. Həmişə inanmışam ki, gün gələcək, Azərbaycan xalqı doğma torpaqlarını işğaldan azad edəcək. Həmin gün artıq gəlib çatıb.

Mən səmimi-qəlbdən inanıram ki, işğal olunmuş torpaqlarınızı azad etməklə qazandığınız bu qələbə və müvəffəqiyyət müsəlman dünyasındakı digər bənzər problemlərin həllinə nümunə olacaq.

Beynəlxalq forumlarda Azərbaycanın haqq işinin təbliğ edilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm rol oynamasından qürur duyuram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...