"Smertnik”lər itaət etmir - Panikaya düşən Paşinyanın Putinə zənginin DETALLARI

12:41 / 17.11.2020
4405
Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı Rusiya Prezidenti Vladimir Putinə şikayət edib.
Sfera.az "Sondakika.com"a istinadən məlumatına görə, o, Putinə zəng vuraraq, "Məni dinləmirlər, itaət etmirlər”, - deyərək kömək istəyib.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qrupları, əsasən, Kəlbəcər, Laçın və Ağdam bölgəsində meşədə gizlənirlər. Onlar Rusiya sülhməramlılarının işini çətinləşdirir, hətta onlara atəş açır və regionda gərginliyi artırırlar.
Bildirilir ki, özlərinə "Smertnik” ("İntiharçı”) adını qoyan qruplar erməni rahiblərlə birlikdə Kəlbəcərdə kilsədə gizlənərək, müqavimət göstərirlər.
Onlar "Biz burada öləcəyik” şüarları ilə sülhməramlılara müqavimət göstərirlər.
Qeyd edək ki, bununla bağlı görüntülər də sosial şəbəkələrdə yayılmışdı.