Ərdoğan hökumət üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Gündəm
11:46 / 17.11.2020
4217
Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Sfera.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, toplantıya Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaranmış son vəziyyət, atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı məsələ də müzakirə ediləcək.