Kremldən Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə REAKSİYA

14:16 / 16.11.2020
6203
"Bu, Türkiyənin daxili işidir".
Sfera.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı sənədin ölkə parlamentinə daxil olması ilə bağlı xəbəri şərh edərkən bildirib.
"Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Ora Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılığa gəldikdə isə bu, Rusiya və Türkiyə ikitərəfli razılaşmasının məhsuludur”, - deyə Kremlin sözçüsü qeyd edib.