ABŞ Azərbaycanın Qarabağdakı qələbəsinin səbəbini açıqladı

ABŞ Azərbaycanın Qarabağdakı qələbəsinin səbəbini açıqladı

"Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasındakı müharibə, gələcəkdə baş verə biləcək münaqişələr haqda aydın təsəvvür yaradır”.


 

Sfera.az xəbər verir ki, bunu, hazırda Heritage Foundation Amerika Strateji Araşdırmalar İnstitutu Milli Müdafiə Mərkəzinə rəhbərlik edən istefada olan general-leytenant Tomas Şper Breaking Defence-də yazır.


Nəşrə görə,sözügedən qarşıdurmada Bakının zəfər çalmasının səbəbi Azərbaycan tərəfinin yüksək texnoloji silahlardan, zərbə vurmaq qərarını sürətləndirməyə imkan verən sistemlərlə müştərək istifadə etməsidir. Şper yazır: "Azərbaycan tərəfinin silahlandırılmış pilotsuz təyyarələri düşməninonlarla zirehli platformasının məhv edilməsində xüsusilə effektiv idi. Ümumiyyətlə müasir müharibələr fövqəladə sürəti və ölümcüllüyü, eləcə də qətllər zəncirində ləngimələrə yol verilməsinin mümkünsüzlüyü ilə diqqət çəkir”.


 

Buna baxmayaraq, istefada olan general-leytenantın fikrincə, Convergence layihəsi çərçivəsində aparılan son sınaqların böyük uğur kimi qəbul edilməsi ABŞ hərbçilərini yanıltmamalıdır. "Tarix sübut etdi ki, eksperimentə nə qədər çox vaxt, pul, iştirakçılar, xüsusilə də diqqət ayrılırsa, təlimlərdə əldə edilən bacarıqlardan ölüb öldürmək üçün istifadə etmək imkanı da bir o qədər cəzbedici görünür", - deyə Milli Müdafiə Mərkəzinin direktoru bildirir.


 

Qeyd edək ki, sentyabr ayında Breaking Defence, Convergence layihəsi çərçivəsində aparılan sınaqlarda peyklərin və pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin artilleriya sistemlərinin işlək vəziyyətə gətirilmə müddətini kəskin surətdə azaltdığını yazmışdı.

 

 

Eyni ayda Defence One qeyd etmişdi ki, Convergence təlimlərinin keçirildiyi Arizonadaki Yuma poliqonunda ABŞ Ordusu "özünün gələcək müharibə planlarını sınaqdan keçirmək məqsədilə" pilotsuz uçan vasitələrdən (PUA), super toplardan, yerdəki robotlardan və peyklərdən istifadə edib. Nəşrin yazdığına görə, təlimlər zamanı əsasən Rusiyanın "Pantsir” zenit raket-silah sistemini (ZRSS) təqlid edən bir neçə düşmən hədəfi məhv edilib.


 

Breaking Defence-yə görə, Convergence layihəsi çərçivəsində aparılan sınaqlarda təkmilləşdirilmiş döyüş nəzarət sistemi Advanced Battle Management System (ABMS)-in işinin nümayişi zamanı uyğunlaşdırılmış 155 mm.-lik"M109 Paladin” haubitsası Rusiya qanadlı raketini təqlid edən BQM-167 Skeeter hava hədəfini vurub. Amerika nəşrinin yazdığına görə, ABŞ Hərbi Hava Qüvvələrinin müvafiq təlimi sentyabrın 3-də Nyü-Meksikodakı Uayt-Sands raket poliqonunda baş tutub. Beləliklə, ABŞ Rusiya ilə hərbi qarşıdurmanı simulyasiya edən təlimlər keçirib.

 

 

Mənbə: Lenta.ru

Tərcümə: Selcan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...