Rus sülhməramlılar hansı halda silahdan istifadə edə bilər? - ŞƏRH

Rus sülhməramlılar hansı halda silahdan istifadə edə bilər? - ŞƏRH
Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır.

Sfera.az  xəbər verir ki, sülhməramlılar üçün vacib amil neytrallığın (tərəfsizliyin) qorunmasıdır.

Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov hesab edir ki, müafiq razılaşma əsasında yaradılmış monitorinq qrupu sülhməramlıların fəaliyyətinin izlənilməsi və koordinasiyası ilə məşğul olacaq.

Hərbi ekspert həmçinin deyib ki, sülhməramlılarla bağlı beynəlxalq qanunvericilikdə onların silahdan istifadə halları, patrul qaydaları və digər amillər aydın təsbit olunub.

Qeyd edək ki, Rusiya sülhməramlıları münaqişə zonasına müəyyən mandat və təlimatlar əsasında yerləşdirilib. Üstəlik sülhməramlıların fəaliyyəti xüsusi mərkəzdən izlənəcək.

"Silahı maksimum məhdudlaşdıran amillər var. Onlar silahı həyatlarına təhlükə yarandığı və başqa yol olmadığı halda istifadə edə bilərlər. Onlar tam neytral mövqe tutcaqlar və bu neytrallığın aliliyini saxlamaqla tapşırıqları yerinə yetirəcəklər. Bütün faəliyyətlər video materiallarla müəyyən bir şəkildə çəkilib birbaşa monitorinq mərkəzinə göndəriləcək və oradan vəziyyətə uyğun hansı addımlar atılması barədə qərar qəbul olunacaq",-deyə sabiq briqada komandiri bildirib.
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...