Solovyovdan İlham Əliyevlə bağlı etiraf - VİDEO

Solovyovdan İlham Əliyevlə bağlı etiraf - VİDEO
 "Qarabağda gedən müharibədə Azərbaycan və Prezident İlham Əliyev mütləq qalib oldu. O bütün əraziləri geri aldı. İndi Dağlıq Qarabağ məsələsi müzakirə olunur, onun Ermənistana birləşdirilməsi, onun müstəqilliyi müzakirə olunmur. Dağlıq Qarabağın statusu Ermənistanda azğınlaşmış insanların istəyi istiqamətində dəyişməyəcək”.

Sfera.az bildirir ki, bu sözləri İsrailin dövlət xadimi, diplomat, "Nativ” xüsusi xidmətinin sabiq rəhbəri Yakov Kedmi tanınmış rusiyalı jurnalist Vladimir Solovyovun "Solovyov Live” proqramının efirində deyib.

Yakov Kedmi hesab edir ki, Ermənistan Azərbaycanla razılığa gələ və belə biabırçı məğlubiyyət olmadan müharibədən qaça bilərdi.

"İlham Əliyev müharibəyə hazırlaşan və qarşıya qoyulmuş vəzifəni həll edən mütləq qalib kimi görünür. Əlbəttə ki, İ.Əliyev birbaşa qarşıdurmada Paşinyanı məhv edib. O, daha peşəkar görünürdü. O, əsl Prezident kimi, Paşinyan isə Şuşada qastrol təşkil etmiş pis rəqqas kimi görünürdü”, - öz növbəsində Vladimir Solovyov bildirib.

Yakov Kedmi isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevi Ermənistan Baş naziri Nikol Paşinyanla müqayisə etmək belə olmaz:

"Onları necə müqayisə etmək olar? Bu insanları nə təcrübəyə, nə təhsilə, nə də dövlət təfəkkürünə görə müqayisə etmək olmaz. Əliyev Azərbaycanın milli vəzifələrindən birini həll edib”.

"İlham Əliyev – Azərbaycanın Milli Qəhrəmanıdır”, - deyə Vladimir Solovyov onun sözlərinə əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...