Paşinyandan başqa heç kim bilmirmiş – Mnatsakanyanın…

Paşinyandan başqa heç kim bilmirmiş – Mnatsakanyanın…
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın da baş nazir Nikol Paşinyanın kapitulyasiya bəyanatını imzalayacağından xəbəri yox imiş.

Sfera.az xəbər verir ki, bu barədə "Qraparak” erməni nəşri bildirir.

Qəzet bu günlərdə bir çox məmurun "yer altına” girdiyinə, amma ən qəribəsi xarici işlər nazirinin susqunluğuna diqqət çəkib. Bildirilib ki, bu məğlubiyyət təkcə ordunun yox, həm də diplomatiyanındır.

"Bizə bir gün əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyinin toplandığı və Nikol Paşinyanın belə bir mətni imzalayacağından xəbərsiz olduğunu söylədilər. Oradakılar bu sözlərdən son dərəcə qəzəbləndilər, nazirə inanmadılar və üzünə ağır ittihamlar etdilər. Nazir müavinlərindən biri bu teatra şahid olmaq istəmədiyini bildirərək iclası yarımçıq tərk etdi. Xarici İşlər Nazirliyinin illərdir bu və ya digər dərəcədə danışıqlar prosesinə qatılan işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edir və Zoqrab Mnatsakanyanın da istefa etməli olduğunu düşünür”, – qəzet yazıb.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan 10 noyabrdakı açıqlamasında bəyanat haqqında mediadan xəbər tutduğunu, bunun onun üçün sürpriz olduğunu bildirmişdi.///Publika.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...