Ermənistanda müxalifət lideri həbs olundu

Siyasət
19:00 / 14.11.2020
6910
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur.
Məlumata görə, A.Vanetsyan rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.