Aleksey Naumov "Rossiya 1"-in efirində Qarabağla bağlı elə şeylər dedi ki... VİDEO

Aleksey Naumov
 
Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "60 minut” ("60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, "Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edib.

Sfera.az xəbər verir ki, Aleksey Naumov bunları deyib:

"Biz yadda saxlamalıyıq ki, Qarabağ - Azərbaycandır. Bu torpaq isə beynəlxalq hüquqla ona məxsusdur, o bu torpağın qaytarılması uğrunda vuruşub. Ən maraqlısı odur ki, Azərbaycan Şuşanı tutduqdan sonra – zəfərdən əvvəl dayandı və sülhməramlıların buraxılmasına və rayonları mərhələ-mərhələ, yavaş-yavaş Azərbaycana qaytarılmasına alicənabcasına razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə bundan artıq necə alicənab apara biləcəyini təsəvvür etmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verdilər”.

Bununla belə, Naumov xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa, o biri şəhərə yox, "o biri dünya”ya gedirdi:

"Tamamilə faciəli vəziyyət, hansını ki, unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik. Ən əsası odur ki, biz bu gün Ermənistan hakimiyyətinin özünü necə apardığını görürük. Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almaq çox istəyirsən, yumruğunu sıxmaq və onların hesab etdiyi kimi - "özünkünü” qaytarmaq istəyirsən. Lakin biz revanşizmin nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada 20-ci əsrdə çox gözəl görmüşük”. (Qafqazinfo)



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...