Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başladı - VİDEO

Siyasət
09:20 / 14.11.2020
6673
Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb.
Sfera.az xəbər verir ki,bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Helikopterlər atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət edir, həmçinin maddi və texniki əmlakın və şəxsi heyətin çatdırılmasının monitorinqini aparır.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi An-124 təyyarəsi ilə İrəvana 8 ədəd helikopterin çatdırıldığını açıqlamışdı.