Fikrət Məmmədov türkiyəli həmkarı ilə danışdı

Fikrət Məmmədov türkiyəli həmkarı ilə danışdı
Bu gün Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında telefon danışığı olub.

Ədliyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşüb.

Türkiyəli nazir xalqlarımızın və dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək bundan sonra da dəstəyini əsirgəməyəciyini vurğulayıb.
F.Məmmədov təbrikə görə təşəkkürünü bildirib, müharibənin ilk günündən qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının Azərbaycanın yanında olduğunu qeyd edib, bu ərəfədə yüksək səviyyəli şəxslərin ölkəmizə dəstəkverici səfərlərini xüsusilə vurğulayıb.

F.Məmmədov həmkarının səmimi dəstəyinə, o cümlədən tvitter hesabı ilə ürək sözlərinə görə minnətdarlığını ifadə edib, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinin önəmli addım olduğunu bildirib. Söhbət zamanı nazir həmçinin oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı bir daha kədərini ifadə edib, həlak olanlarla bağlı başsağlığı verib.

Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və hərtərəfli əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...