Kreml: Putin və Ərdoğan daim dialoqdadırlar

Kreml: Putin və Ərdoğan daim dialoqdadırlar

"Türkiyənin Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqeyi Rusiyanın nöqteyi-nəzərinə ziddir, lakin bu, ölkələr arasında sıx əməkdaşlığa mane olmur”.


Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqe tutub: "Bununla əlaqədar olaraq, türkiyəli həmkarlarımızla ciddi şəkildə razılaşmadıq və razılaşmırıq. Bu, ən yüksək səviyyələr də daxil olmaqla bütün səviyyələrdə sıx əməkdaşlığımızı davam etdirməyimizə mane olmur. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daim dialoqdadırlar.

 

Müəyyən fikir ayrılıqlarının olması halında, prezidentlərin münasibətləri, lazım gəldikdə, bir sıra regional problemlərin həllini asanlaşdırmaq üçün səylərimizi birləşdirməyə imkan verir”.

 

 

Kremlin sözçüsü Putin və Ərdoğanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatına hazırlıq zamanı danışdıqlarını təsdiq edib: "Ümumilikdə, Rusiya və Türkiyənin maraqların üst-üstə düşmə nöqtələri çoxdur. Hər iki ölkə makroregionda sabitliyin olmasında maraqlıdır. Rusiya ilə Türkiyənin ticarət-iqtisadi əməkdaşlıq, investisiya əməkdaşlığı baxımından bir çox qarşılıqlı maraqları var. Əməkdaşlıq həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verir”. (apa)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...