Azərbaycan ordusu ruhların dolaşdığı şəhərdə... - "Le Monde"

Azərbaycan ordusu ruhların dolaşdığı şəhərdə... -
Gənc zabit Natiq, tövləyə çevrilən Mərdinli məscidinə diqqəti çəkərək deyir: Ermənilər orada donuz saxlayıblar. Sonra Mərdinli müsəlman qəbiristanlığına işarə edir. Qəbirlər "erməni işğalçıları" tərəfindən dağıdılaraq alt-üst edilib. Minalandığına görə bu sahəyə yaxın getməmək məsləhət görülür.

"Bütün bu dağıntılara, qazılmış çuxurlara baxın. Yalnız xarabalıq qalmışdır. Əgər burada heç kim olmayacaqdısa, niyə bizi buradan didərgin salmışdılar”, - deyə gənc azərbaycanlı zabit Natiq ritorik sual verir.

Sfera.az xəbər verir ki, bu fikirlər Fransanın "Le Monde” qəzetində dərc olunmuş "Dağlıq Qarabağ: 1993-cü ildən tərk edilmiş Füzulidə Azərbaycan xarabalıq və bunkerlərə sahib çıxır” adlı məqalədə yazılıb.

Jurnalist şəhərdə bütün tikililərin darmadağın edildiyini yazıb. Hətta uçuntuları qalan məbədin hansı dinə aid olduğunu müəyyən etməyin çətinliyini diqqətə çatdırıb. Rastlaşdığı uçuntular içərisində bir məbədin hansı dinə aid olduğu, hətta adı dəqiq bilinmədiyini yazaraq, bunun səbəbi kimi 1993-cü il avqustun 23-dən Fizulidə heç kimin yaşamadığını göstərib.

Bildirib ki, 1989-cu ildə son siyahıyaalmaya görə 17 min sakini olmuş şəhər Dağlıq Qarabağdakı erməni qüvvələri tərəfindən işğal edilmiş və onun sakinləri evlərindən didərgin salınıb.

Məqalədə 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Füzuli rayonunun Azərbaycan ordusu tərəfindən azad olunması haqqında məlumat verilib.

Azad olunmuş Füzuli təsvir olunaraq yazılır: "Yenidən fəth etdiyi ərazilərdə Azərbaycan ordusu ruhların dolaşdığı şəhər, mərmi qırıntılarından qazılmış torpaqlar, dağıdılmış qəbiristanlıqlar və minalanmış sahələrlə üzləşir”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...