Sahibə Qafarova Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşdü

Sahibə Qafarova Əlcəzairin ölkəmizdəki səfiri ilə görüşdü
Noyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfer.az-a verilən məlumata görə, spiker ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Əlcəzairlə əlaqələrin inkişafına Azərbaycanın böyük önəm verdiyini bildirib.

Sədr bu görüşün ölkəmiz üçün əhəmiyyətli tarixi günlərin yaşandığı bir dönəmdə - Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda baş tutduğunu diqqətə çatdırıb. Sahibə Qafarova erməni işğalçılarına qarşı mübarizədə tutduğu mövqeyə görə qarşı tərəfə öz minnətdarlığını bildirib.

Görüşdə qeyd edilib ki, ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllində, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz davam etdirilir. Bu əməkdaşlıq sülhün, təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Səfir qeyd edib ki, siyasi dialoqun davamlılığı ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verir.

Parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi deputatlar tərəfindən müxtəlif platformalarda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Görüşdə gender bərabərliyi, cəmiyyətdə və siyasətdə qadınların rolu, COVID-19 pandemiyasına qarşı mübarizə barədə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışılıb.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...