Ermənistanın kapitulyasiyasının əhəmiyyəti... - Nazir

Ermənistanın kapitulyasiyasının əhəmiyyəti... - Nazir
Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın son hərbi və siyasi qələbəsi Ermənistanın hədəfində olan, Avropadan və digər regionlardan olan istehlakçılari neft və qazla təchiz edən kəmərlərin sığortalanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sfera.az xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) "COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin 22-ci Görüşündə Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən Azərbaycanın neft-qaz kəmərləri Ermənistanın hədəfində olub:

"Onlar həm də Azərbaycanın su və elektrik stansiyalarını hədəfə alıb. Ermənistanın bir çox yüksək rütbəli məmurları dünyanın ən böyük terminallarından olan Səngəçal neft-qaz terminalını dağıtmaqla bağlı mesaj veriblər. Qlobal qaz bazarının azad geosiyasi mühitə ehtiyacı var. Buna görə də Azərbaycanın 30 illik münaqişəyə son qoyması ortaq məqsədlərimizə çatmaq baxımından da əhəmiyyətlidir. Ermənistanın hərbi kapitulyasiyası Azərbaycan torpaqlarını işğalda azad etməklə yanaşı, regional və qlobal enerji layihələrimizin təhlükəsizliyini və etibarlılığını təmin etdi”.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...