“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər” - Polad Bülbüloğlu

Siyasət
17:32 / 12.11.2020
5923
"Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu "Russia Today” xəbər agentliyində keçirdiyi mətbuat konfransında bildirib.
"Bu (status-red.), orada yaşayan erməni əhalisi üçün mədəni muxtariyyət ola bilər”,- deyə o vurğulayıb.
Səfir həmçinin qeyd edib ki, hazırda heç bir status-kvodan söhbət gedə bilməz.
Polad Bülbüloğlu əlavə edib ki, Qarabağı tərk etmiş azərbaycanlılar oraya qayıdacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da "BBC News”a müsahibəsində "Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır”, - deyə bildirmişdi. /Modern.az