Vətən müharibəsindəki qələbənin 9 SİRRİ

11:16 / 12.11.2020
2382
Rusiyalı hərbi ekspert, "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycanın işğal altında olan Qarabağda 44 gün davam edən hərbi əməliyyatlarda qələbə qazanmağına münasibət bildirib.
Sfera.az xəbər verir ki, Ekspert öz "Teleqram" kanalında "Azərbaycan Ermənistanla Dağlıq Qarabağ uğrunda aparılan müharibəni necə qazandı?” sualını 9 bəndlə şərh edib:
1. Güclü və iradəli Prezident və Ali Baş Komandan İlham Əliyev.
2. Səmərəli təlimlənmiş, texniki cəhətdən təchiz olunmuş müasir ordu.
3. Azərbaycan əsgər və zabitlərinin yüksək əhval-ruhiyyəsi.
4. Müharibənin ədalətli xarakteri işğal olunmuş ərazilərin azad edilməsidir.
5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlığı.
6. Ordu ilə xalqın birliyi.
7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.
8. Güclü və çoxşaxəli iqtisadiyyat.
9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi.